realxeber.org
realxeber.org

Bakı məktəbində zarafat ölümə səbəb oldu

9-04-2019, 17:35 70 dəfə baxılıb

Bakı məktəbində zarafat ölümə səbəb oldu

Bir müddət öncə Bakıdakı 123 nömrəli məktəbə baş vermiş hadisə də ölümlə nəticələnibmiş.

Modern.az-ın məlumatına görə, bu il fevralın 21-də təxminən saat 12:00 radələrində 123 nömrəli tam orta məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi İlkin Mehman oğlu Lətifov yıxılıb.


Bir qədər sonra özünü pis hiss etdiyini bildirən şagird sinif yoldaşlarının köməyi ilə məktəbin tədris binasına gətirilib.


Bunu görən digər sinif yoldaşları dərhal məktəbin tibb məntəqəsinə gələrək, İlkin adlı şagirdin özünü pis hiss etdiyini xəbər veriblər. İlkinin sinif yoldaşları əvvəlcə onun stadionda topu atanda yıxıldığını deyiblər. Məktəbin tibb bacısı, eləcə də müəllim heyəti onun yanına gediblər və İlkinin vəziyyətinin kirtik olduğunu görüblər. Məktəbə çağırılan təcili tibbi yardım briqadası İlkini şəhər xəstəxanalarından birinə aparıb. 20-21 gün xəstəxanada qalan İlkin Lətifov Novruz bayramı ərəfəsində vəfat edib.



Məsələ ilə bağlı məktəblə əlaqə saxladıq. 123 nömrəli tam orta məktəbdən saytımıza verilən məlumatda hadisəni belə təsvir etdilər:


“Fevralın 21-də təxminən saat 12:00 radələrində məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğlu yıxılıb. Bir qədər sonra özünü pis hiss etdiyini bildirən şagird sinif yoldaşlarının köməyi ilə məktəbin tədris binasına gətirilib.

Məktəbdə tibb bacısının müayinəsindən sonra dərhal təcili tibbi yardım çağırılıb və şagird qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib”.


Bildirilib ki, şagirdin daxili orqanlarında qanaxma olması və əməliyyat olunacağı barədə məlumat dərhal valideynlərinə verilib.


“Məktəb kollektivi tərəfindən şagirdin ailəsinə maddi yardım da göstərilib. Martın 15-də şagirdin vəfat etdiyi barədə məlumat verilib. Ölüm xəbərindən sonra isə mərhumun sinif yoldaşları ilə zarafatlaşarkən xəsarət aldığı məlum olub. Nəticədə məktəbin 2 nəfər şagirdi şübhəli qismində nəzarətə götürülüb. Məktəb rəhbərliyi şagirdin ailə üzvlərinə başsağlığı verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA