realxeber.org
realxeber.org

Azərbaycanda polis zabiti faciəvi şəkildə öldü

1-04-2019, 10:59 135 dəfə baxılıb

Azərbaycanda polis zabiti faciəvi şəkildə öldü

Yardımlı rayonunda polis zabitinin idarə etdiyi xidməti avtomobil uçuruma yuvarlanıb.

Realxeber.org-ın ONA-ya istinadla verdiyi məlumata görə, hadisə martın 30-də axşam saatlarında Yardımlı rayonunun ucqar kəndlərindən olan Osnakəranda baş verib.

Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin müvəkkili, baş leytenant Şahin Nəsirovun idarə etdiyi "Chevrolet” markalı avtomobil uçuruma yuvarlanıb.

Nəticədə 1988-ci il təvəllüdlü Ş. Nəsirov hadisə yerindəcə keçinib.

Qəzaya səbəb kimi yolun qar yağması nəticəsində sürüşkən olması göstərilir.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA