realxeber.org

Gəncə Regional Mədəniyyət İdarəsində onlayn rejimində müşavirə keçirildi

14-04-2020, 20:19

Gəncə Regional Mədəniyyət İdarəsində onlayn rejimində müşavirə keçirildi

Gəncə Regional Mədəniyyət İdarəsi respublikada tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar tabeliyimizdə olan mədəniyyət müəssisələrinin fəaliyyəti əsasən internetin geniş imkanlarından istifadə edilməklə qurulur.
14 aprel 2020-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev videokonfrans keçirib. Konfransda idarənin tabeliyində olan uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin rəhbərləri iştirak ediblər.
Konfransda idarə rəisi Sənan Hacıyev qarşıya qoyulan məsələlərdən, Mədəniyyət Nazirliyinin tapşırıqlarından danışdı. Məktəblərdə distant dərslərin keçirilməsi, “Evdə qal, evdə yarat” kampaniyasına qoşulması barədə müvafiq tövsiyə və tapşırıqlarını vermişdir. Yaşı 65-dən yuxarı, təhna, ahıl və sosial yardıma ehtiyacı olan mədəniyyət işçilərinə qayğı göstərilməsinin vacibliyini vurğulamışdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 0}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
İctimai əlaqələr şöbəsinin müdiri: Firəngiz Əkbərova
(+99470) 269 06 36
Email: [email protected]