realxeber.org
realxeber.org

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

28-02-2019, 18:21 75 dəfə baxılıb

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Realxeber.org Trend-ə istinadən bildirir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılıb.

İndiyə qədər keçirilən iclaslarda ümumilikdə 300-dən artıq müraciətə baxılıb.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının ötən il yanvarın sonlarından mayın ortalarına qədər davam edən iclaslarında 1200-dən artıq müraciətə baxılmışdı. İclasların ardınca, 2018-ci il mayın 24-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzaladı.

Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olundu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA