realxeber.org
realxeber.org

Şəmkirdə qəza - Polis əməkdaşı hadisə yerində öldü

21-02-2019, 11:47 79 dəfə baxılıb

Şəmkirdə qəza - Polis əməkdaşı hadisə yerində öldü

Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Realxeber.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Çənlibel kəndi ərazisində baş verib.

Hərəkətdə olan "Toyota Prado” ilə "VAZ-21010” markalı avtomobilin toqquşması nəticəsində "VAZ”ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Sərnişin, rayonun Qasımlılar kənd sakini, 1983-cü il təvəllüdlü Xaliq Ələsgərov isə hadisə yerində ölüb.

Məlumata görə X. Ələsgərov Gədəbəy rayon Polis Şöbəsinin Arıqıran və İnəkboğan kəndləri üzrə sahə müvəkkili idi.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA