REALXEBER.org
 Valyuta məzənnəsi

Qurban Qurbanov və futbolçularından - Prezidentin çağırışına dəstək

Tarix:25-03-2020, 15:46

Qurban Qurbanov və futbolçularından - Prezidentin çağırışına dəstək


"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov və klubun futbolçuları koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq, irəli sürülmüş təşəbbüsə qoşulub.

Qol.az xəbər verir ki, Q.Qurbanov Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat, futbolçular isə ümumilikdə 50 min manat köçürüb.

Koronavirusla mübarizə çərçivəsində yaradılmış koronavirusinfo.az saytında yardım edən şəxslərin siyahısında Q.Qurbanov və "Qarabağ"ın oyunçularının da adı qeyd edilib.


Qurban Qurbanov və futbolçularından - Prezidentin çağırışına dəstək
Oxunub: 11

XƏBƏR LENTİ