REALXEBER.org
 Valyuta məzənnəsi

Musiqili Teatr da Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti köçürüb

Tarix:25-03-2020, 15:09

Musiqili Teatr da Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti köçürüb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə qoşulub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənət ocağının rəhbərliyinin aylıq əməkhaqqından könüllülük prinsipi əsasında ayırdığı vəsait ölkə başçısının “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.

Oxunub: 11

XƏBƏR LENTİ