REALXEBER.org
 Valyuta məzənnəsi

Yayda “Real”la müqavilə bağlayacaq - Klubu razılıq versə

Tarix:24-03-2020, 21:36

Yayda “Real”la müqavilə bağlayacaq - Klubu razılıq versə

Dortmund “Borussiya”sının futbolçusu Erlinq Holann karyerasını İspaniyada davam etdirə bilər.

“Marca”ın məlumatına görə, norveçli hücumçunun xidmətində “Real” maraqlıdır.

Madrid klubu Holannı heyətinə qatmaqda israrlıdır. “Kral klubu” bu keçidi yayda həll etməyi planlaşdırır. Bildirilir ki, 19 yaşlı futbolçu özü də “Real”a keçməyə razıdır. Ancaq transferin baş tutması üçün “qalaktikos” “Borussiya” rəhbərliyi ilə də razılığa gəlməlidir.

Qeyd edək ki, Holann bu ilin əvvəlində “Borussiya”ya keçib. O, Dortmund klubunun heyətində 11 oyunda 12 qola imza atıb.

Oxunub: 12

XƏBƏR LENTİ