REALXEBER.org
 Valyuta məzənnəsi

Azərbaycan - İran sərhədinin açılmasına dair vacib xəbər - RƏSMİ

Tarix:12-03-2020, 17:52

Azərbaycan - İran sərhədinin açılmasına dair vacib xəbər - RƏSMİ

Azərbaycan iranla sərhədin məhdudlaşdırıcı rejimlə fəaliyyətini 2 həftə də artırıb.

Realxeber.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərərgah məlumat yayıb.

"Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində qəbul edilmiş İran İslam Respublikası ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar növbəti iki həftə müddətinə uzadılmışdır" - deyə məlumatda qeyd olunub.

Oxunub: 17

XƏBƏR LENTİ