realxeber.org
realxeber.org

Musiqi mütəxəssisləri paytaxtda bir araya gələcək

21-01-2019, 17:24 91 dəfə baxılıb

Musiqi mütəxəssisləri paytaxtda bir araya gələcək

Bakıda “Selector PRO” incəsənət proqramı çərçivəsində “Lisenziyalaşdırma və müəlliflik hüququ” mövzusunda seminar təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, Britaniya Şurası və “Park Cinema” kinoteatrlar şəbəkəsinin birgə əməkdaşlığı ilə təşkil olunacaq bir günlük seminar, Azərbaycanın musiqi sahəsi üzrə aparıcı mütəxəssislərini yanvarın 29-da “Fairmont Baku” otelində yerləşən “Park Cinema” kinoteatrında bir araya gətirəcək. Hər kəsin qatıla biləcəyi təlimdə iştirak etmək üçün https://www.britishcouncil.az/programmes/arts/selector-pro qeydiyyat formasını doldurmaq və yanvarın 25-dən gec olmayaraq dilara.ibrahimova@britishcouncil.az elektron poçt ünvanına göndərmək lazımdır.

“Selector PRO” həm peşəkarları, həm də geniş ictimaiyyəti müasir cəmiyyətin musiqi tendensiyaları, o cümlədən, Böyük Britaniyanın musiqi sənayesinin spesifik xüsusiyyətləri barədə maksimal dərəcədə məlumatlandırmaq məqsədi daşıyır. Tədbir "British Council"ın təşəbbüsü ilə hazırlanmış, Birləşmiş Krallığın ən yaxşı musiqi nümunələrini Azərbaycan auditoriyasına təqdim etmək məqsədi daşıyan radio-şounu və silsilə “Selector Live” əyləncə gecələrini özündə ehtiva edən “Selector” musiqi proqramının nəticəsi hesab edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA