realxeber.org
realxeber.org

Röya yumurtadan əl çəkmir: "Bu dəfə iki milyon"

19-01-2019, 12:51 86 dəfə baxılıb

Röya yumurtadan əl çəkmir: "Bu dəfə iki milyon"
Xəbər verdiyimiz kimi, əməkdar artist Röya Ayxan son günlər sosial mediada məşhurlaşan və ən çox "like" sayını əlində tutan yumurta fotosundan sonra onunla bağlı bir neçə paylaşım edib.

Realxeber.org axşam.az-a istinadən bildirir ki, ifaçı əvvəlcə simasının əks olunduğu yumurta fotosu yayımlayıb. Bir milyon "like" toplamasa, profilini oğluna verəcəyini deyən Röya istəyinə nail ola bilməyib. O, cəmi 130 min bəyənmə sayı alıb.

Cəhdinin uğursuz alınması müğənnini yolundan döndərməyib. O, bu dəfə "yumurtalı video" paylaşaraq izləyicilərdən 2 milyon baxış sayı istəyib.

"İstədim bəxtimi bir daha sınayım. Bax, mən belə adamam. Qarşıma qoyduğum məqsəddən əl çəkmirəm" deyə, Röya yazıb.

Qeyd edək ki, video 15 saata 1 milyon 334 min baxış sayı toplayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA