Ürəyi dözməyərək partlayan Hamlet Xanızadə - VİDEO XƏBƏR

Oxunma sayı: 421
20-01-2021, 16:32

Ürəyi dözməyərək partlayan Hamlet Xanızadə - VİDEO XƏBƏR

20 yanvar 2021-ci ildə Azərbaycan xalqının qanına susamış rus imperiyasının ordusu tərəfindən icra edilən faciənin anım günüdür. Bu faciə çox insanın həyatına son qoyub. Faciədən sonra da şəhidlər xiyabanını ziyarət edən neçə neçə insanların ürəyi partlayıb ölüb. Bu insanları çoxumuz unutmuşuq. Lakin elə bir insan var ki, onu unutmaq mümkün deyil. Bu Azərbaycan səhnəsinin böyük aktyorlarından biri, 20 yanvarda xalqın başına gətirənləri ürəyinə salan, lakin sonradan ürəyi dözməyərək partlayan Hamlet Xanızadədir.

20 Yanvar gecəsi rus ordusuna qarşı etiraz etmək üçün evdən çıxır, yolda vurulan oğlana kömək etmişdi. Gecə baş verən hadisələr ona çox pis təsir etdi. Qohumlarının dediyinə görə o gecədən sonra onun üzü gülmürdü, çörək yemirdi, evə hər gün fikirli gəlirdi.

O, ölümünə yaxın hər gün Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərə yas tutur. Öldüyü gün də Şəhidlər Xiyabanına gedir, kövlərlib, ağlamaq istəyir. Amma səhnədə dəfələrlə ağlayan aktyorun nə qədər istəsə də, gözündən bir damcı yaş çıxmır. Kinostudiyaya qayıdır və orada halı dəyişir. Başına yığılan sənət dostlarına “Narahat olmayın, mən şəhidlərin heç birindən artıq deyiləm” deyir. Daha bir qəfil ölüm...

O, 20 Yanvar faciəsində millətimizin başına gələn ağır dərdə dözə bilmədi. Anala¬rın, bacıların fəryadı¬na, insanların faciəli ölümünə dözmədi.

Görkəmli aktyor 3 fevral 1990-cı ildə 49 yaşında vəfat edib. O, doğulduğu Şağan kənd qəbiristanlığında dəfn edilib...

Dosent Zaur Əliyev

Paylaş
Xəbər lentİ