realxeber.org
realxeber.org

Cessi Cey Bakıdadır: 32 nəfərlə gəlib - VİDEO

27-04-2019, 13:23 47 dəfə baxılıb


Bu gün “Formula-1” Qran-Prisi çərçivəsində Bakıda britaniyalı məşhur müğənni Cessi Ceyin solo konserti keçiriləcək.

Oxu.Az xəbər verir ki, Bakı Kristal Zalında 21:00-da başlayacaq konsertə Cessi 32 nəfərlik heyətlə gəlib.

“İnstagram” hesabının “tarix” bölümündə video paylaşan Cessi “Azərbaycan, sizin üçün gəlirik” sözlərini dilə gətirib.

Qeyd edək ki, “Formula-1” Qran-Prisi çərçivəsində dünyaşöhrətli müğənni Sem Smitin planlaşdırılan konserti ləğv olunub. Semi isə Cessi Cey əvəz edib.

Aprelin 28-i isə, dünya şöhrətli amerikalı hip-hop ifaçısı Kardi Binin konserti baş tutacaq. Sənətçi Bakı Kristal Zalının səhnəsində çıxış edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA